reklam
“Qalatasaray” evdə məğlub oldu -
Sportfm.az xəbər saytı

“Qalatasaray” evdə məğlub oldu -Türkiyə Super Liqası


Futbol üzrə Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, 2-ci pillədə qərarlaşan “Fənərbaxça” ilk oyun günündə meydana çıxıb. “Sarı-lacivərdlilər” doğma meydanda “Qaziantep”i qəbul edib və çətin qələbəyə sevinib. Günün digər matçında “Girəsunspor” evdə “Adana Dəmirspor”u məğlub edib.

Lider “Trabzonspor” bu dəfə evdə “Antalyaspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı matç heç-heçə yekunlaşıb. Bu oyunda qazandığı 1 xal Trabzon klubunun çempionluğu təmin etməsi üçün yetərli olub. Mövsümün sonuna 3 tur qalmış rəqibləri üçün əlçatmaza çevrilən “Trabzonspor” 35 illik fasilədən sonra çempion olub. Sonuncu dəfə 1983/84 mövsümündə çempion olmuş bu komanda tarixində 7-ci dəfə Türkiyənin ən güclüsü adını qazanır.

Cari mövsümün uğursuz komandalarından olan “Qalatasaray” “Sivasspor”la üz-üzə gəlib və növbəti dəfə uduzub. “Beşiktaş” isə “Kayserispor”la qarşılaşmadan çətin qələbə ilə ayrılıb.

Türkiyə Super Liqası, 35-ci tur

29 aprel

Fənərbaxça – Qaziantep 3:2
Qol
: D.Rossi, 5. S.Dursun, 62. M.Zayç, 82 – A.Sagal, 64. A.Maksim, 90+7-pen.

Girəsunspor – Adana Dəmirspor 2:0
Qol
: U.Nayir, 21. Serjinyo, 48.

30 aprel

Konyaspor – Fatih Karagümrük 1:2
Qol
: Byutyuqi, 23 – S.Onur, 81. Karamo, 84.

Kasımpaşa – Başakşəhər 2:3
Qol
: Fall, 43. Muleka, 78 – Gulbrandsen, 28. Trezeqe, 45. D.Türüç, 52.

Trabzonspor – Antalyaspor 2:2
Qol
: Kornelius, 3. D.Tokoz, 62 – Ndao, 51. Rayt, 80.

Hatayspor – Altay 0:1
Qol
: Kappel, 10.

1 may

Kayserispor – Beşiktaş 2:3
Qol
: Tiam, 23-pen. Kardoso, 90+6 – S.Saatçı, 50. Nkudu, 75; 78-pen.

Alanyaspor – Yeni Malatyaspor 2:1
Qol
: Kandeyas, 65. O.Aydın, 66 – Diko, 31.

Qalatasaray – Sivasspor 2:3
Qol
: Qomis, 10; 58-pen – Yatabare, 44. Ulvestad, 49. A.Oğuz, 64.

Göztəpə – Rizəspor 1:7
Qol
: Baku, 7 – K.Dəmirtaş, 16-öz qapısına. Sisse, 19. Fernandes, 34; 53. Y.Sarı, 68. Pohyanpalo, 78. Mendes, 88.

Oxşar xəbərlər

"Trabzonspor" Türkiyə çempionu oldu - Super Liqa
“Fənərbaxça”dan darmadağın - Türkiyə Super Liqası
"Fənər"dən səfərdə 6 qol - Super Liqa
"Qalatasaray" yenə xal itirəcəkmi? - Superliqa
"Trabzonspor"u durduran tapılmır - Super Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər