"Trabzonspor" Türkiyə çempionu oldu -Super Liqa
Futbol üzrə Türkiyə Super Liqasında 35-ci tura start verilib.
Sportfm.az xəbər verir ki, 2-ci pillədə qərarlaşan “Fənərbaxça” ilk oyun günündə meydana çıxıb. “Sarı-lacivərdlilər” doğma meydanda “Qaziantep”i qəbul edib və çətin qələbəyə sevinib. Günün digər matçında “Girəsunspor” evdə “Adana Dəmirspor”u məğlub edib.
Lider “Trabzonspor” bu dəfə evdə “Antalyaspor”u sınağa çəkib. Dörd qolun qeydə alındığı matç heç-heçə yekunlaşıb. Bu oyunda qazandığı 1 xal Trabzon klubunun çempionluğu təmin etməsi üçün yetərli olub. Mövsümün sonuna 3 tur qalmış rəqibləri üçün əlçatmaza çevrilən “Trabzonspor” 35 illik fasilədən sonra çempion olub. Sonuncu dəfə 1983/84 mövsümündə çempion olmuş bu komanda tarixində 7-ci dəfə Türkiyənin ən güclüsü adını qazanır.
Cari mövsümün uğursuz komandalarından olan “Qalatasaray” “Sivasspor”la üz-üzə gələcək, “Beşiktaş” isə “Kayserispor”la qarşılaşacaq.
Türkiyə Super Liqası, 35-ci tur
29 aprel
Fənərbaxça – Qaziantep 3:2
Qol: D.Rossi, 5. S.Dursun, 62. M.Zayç, 82 – A.Sagal, 64. A.Maksim, 90+7-pen.
Girəsunspor – Adana Dəmirspor 2:0
Qol: U.Nayir, 21. Serjinyo, 48.
30 aprel
Konyaspor – Fatih Karagümrük 1:2
Qol: Byutyuqi, 23 – S.Onur, 81. Karamo, 84.
Kasımpaşa – Başakşəhər 2:3
Qol: Fall, 43. Muleka, 78 – Gulbrandsen, 28. Trezeqe, 45. D.Türüç, 52.
Trabzonspor – Antalyaspor 2:2
Qol: Kornelius, 3. D.Tokoz, 62 – Ndao, 51. Rayt, 80.
Hatayspor – Altay 0:1
Qol: Kappel, 10.
1 may
17:00 Kayserispor – Beşiktaş
17:00 Alanyaspor – Yeni Malatyaspor
21:30 Qalatasaray – Sivasspor
21:30 Göztəpə – Rizəspor
Bombardir: Ayub El Kaabi (Hatayspor), Umut Bozok (Kasımpaşa) – 15 qol.
Oxşar xəbərlər
“Qalatasaray” evdə məğlub oldu - Türkiyə Super Liqası
“Fənərbaxça”dan darmadağın - Türkiyə Super Liqası
"Fənər"dən səfərdə 6 qol - Super Liqa
“Rizəspor” “Fənərbaxça”ya qarşı - Türkiyə Super liqası
"Qalatasaray" yenə xal itirəcəkmi? - Superliqa
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası