"Trabzonspor"u durduran tapılmır -Super Liqa
Futbol üzrə Türkiyə Super Liqasında 14-cü tura start verilib.
Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. “Adana Dəmirspor” “Kasımpaşa”nı, “Başakşəhər” isə “Altay”ı qəbul edib. Hər iki oyun qolsuz başa çatıb.
Son turlarda uğursuz çıxış edən “Beşiktaş” bu dəfə “Girəsunspor”un müqavimətini qırmağa çalışıb. Lakin “qara qartallar” bu oyunda böyük hesabla məğlub olub. “Antalyaspor” evdə “Alanyaspor”u darmadağınla məğlub edib. “Rizəspor” isə “Kayserispor”la oyundan qalib ayrılıb.
Lider “Trabzonspor” bu turda “Fatih Karagümrük”lə üz-üzə gəlib və inamlı qələbə qazanıb. “Qalatasaray” “Yeni Malatyaspor”un qonağı olub. İstanbul təmsilçisi bu oyundan 1 xalla ayrılıb.
Turun qapanış matçında “Fənərbaxça” “Göztəpə”nin qonağı olacaq.
Türkiyə Super Liqası, 14-cü tur
26 noyabr
Adana Dəmirspor – Kasımpaşa 0:0
Başakşəhər – Altay 0:0
27 noyabr
Antalyaspor – Alanyaspor 3:0
Qol: B.Balçı, 40. Mukayru, 68. Floranus, 90.
Rizəspor – Kayserispor 1:0
Qol: S.Ay, 48.
Beşiktaş – Girəsunspor 0:4
Qol: Diabate, 22. Balde, 55. Serjinyo, 64. Çampness, 90.
28 noyabr
Qaziantep – Konyaspor 3:2
Qol: Koker, 18. M.Dəmir, 52. Fiqeyredo, 86 – Gilyerme, 6-pen. Çikalleşi, 72.
Sivasspor – Hatayspor 4:0
Qol: P.Enrike, 22-pen. Yatabare, 43; 48; 86.
Fatih Karagümrük – Trabzonspor 0:2
Qol: Djanini, 17. A.Ömür, 62.
Yeni Malatyaspor – Qalatasaray 0:0
29 noyabr
21:00 Göztəpə – Fənərbaxça
Oxşar xəbərlər
"Beşiktaş" evdə xal itirdi - Super Liqa
"Qalatasaray" yenə xal itirəcəkmi? - Superliqa
"Qalatasaray" evdə uduzdu - Super Liqa
“Başakşəhər” 5 turdan sonra xal itirdi - Super Liqa
“Fənərbaxça” “Trabzonspor”a qarşı - Türkiyə Super liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası