reklam
Ələskərov
Sportfm.az xəbər saytı

Ələskərov "Bursaspor"a pul qazandırmaq istəyir


"Bursaspor"da çıxış edən Namik Ələskərov kluba pul qazandıraraq vidalaşmaq istəyir.

Sportfm.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 27 yaşlı vinger digər legionerlərdən fərqli olaraq hələ ki, vida mesajı paylaşmayıb.

"Bursaspor" yeni mövsümdə Türkiyə II Liqasında mübarizə aparacaq. Burada isə legionerlərin oynamasına icazə yoxdur.

Namik Ələskərovun "ağ-yaşıllar"la 2023-cü ilədək müqaviləsi var və o, hələ sözləşməsini ləğv etməyib. Millimizin üzvü Bursanı və "Bursaspor"u çox sevdiyini klub rəhbərliyinə bildirib. Buna görə də o, maaşını alacağı halda kluba satışından pul qazandıraraq vidalaşmaq istədiyini deyib.

Namik Ələskərovla Türkiyə və Azərbaycan klubları yaxından maraqlanır.

Oxşar xəbərlər

Namik Ələskərovla müqavilə ləğv edildi
Namik Ələskərovla müqaviləyə xitam veriləcək
Namik Ələskərov daha bir klubun maraq dairəsində
Namik Ələskərov "Bursaspor"a qələbə qazandırdı
Namik Ələskərovdan "Bursaspor"da üçüncü qol - Türkiyə I Liqa

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər