reklam
Nazarovun qolu qələbə üçün yetmədi
Sportfm.az xəbər saytı

Nazarovun qolu qələbə üçün yetmədi


Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov Almaniyanın "Ertsgebirge" klubunda növbəti qolunu vurub.

Sportfm.az əbər verir ki, 32 yaşlı hücumçu evdə "Hanza" ilə 2:2 hesablı heç-heçə etdikləri II Bundesliqanın 31-ci tur matçında fərqlənib. İlk hissənin əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə rəqib qapısına yol tapan təcrübəli forvard görüşdəki 3-cü qolun müəllifi olub.

Bu nəticədən sonra xallarını 23-ə çatdıran Aue təmsilçisi 18 komanda arasında 17-ci pillədə qərarlaşıb. "Hanza" isə 39 xalla 12-cidir.

Qeyd edək ki, "Ertsgebirge" növbəti turda da xal itirsə, II Bundesliqa ilə vidalaşa bilər.

 

Oxşar xəbərlər

Millimizin futbolçusu Almaniya klubu ilə vidalaşdı
Ronaldo qol hesabını açdı
Dmitri Nazarov üçün 90 dəqiqə
Dmitri Nazarov Almaniyada növbəti qolunu vurdu
Millimizin futbolçusu növbəti dəfə testindən keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər