"Nyukasl" qalib gəldi -Premyer Liqa
Bu gün İngiltərə Premyer Liqasında 33-cü tura start verilib.
Sportfm.az xəbər verir ki, turun ilk matçında “Tottenhem”lə “Brayton” üz-üzə gəlib. Qonaqlar bu oyunda minimal hesabla üstün olublar.
Cari mövsümün uğursuz komandalarından olan “Mançester Yunayted” bu turda autsayder “Norviç”i qonaq edib. Beş qolun qeydə alındığı matç “qırmızı şeytanlar”ın qələbəsiylə yekunlaşıb.
“Arsenal” isə bu turda “Sauthempton”la qarşılaşıb və minimal hesabla uduzub.
Bu gün daha iki qarşılaşma baş tutub. “Vest Hem” – “Bernli” matçında qalib müəyyənləşməyib. Üç qolun qeydə alındığı “Nyukasl” – “Lester” matçında isə meydan sahibləri qələbə qazanıblar.
Çempionluq uğrunda mübarizə aparan “Liverpul”la “Mançester Siti” Federasiya kubokunda qarşılaşacaqlarından, onların Premyer Liqadakı oyunları təxirə salınıb.
İngiltərə Premyer Liqası, 33-cü tur
16 aprel
Tottenhem – Brayton 0:1
Qol: Trossard, 90.
Mançester Yunayted – Norviç 3:2
Qol: Ronaldo, 7; 32; 76 – Douel, 45+1. Pukki, 52.
Sauthempton – Arsenal 1:0
Qol: Bednarek, 44.
Uotford – Brentford 1:2
Qol: Dennis, 54 – Norqaard, 15. Yansson, 90+6.
17 aprel
Nyukasl – Lester 2:1
Qol: B.Gimaraeş, 30; 90+5 – Lukman, 19.
Vest Hem – Bernli 1:1
Qol: Souçek, 74 – Veqorst, 33.
Oxşar xəbərlər
“Mançester Yunayted” autsayderə qaerşı - Premyer Liqa
“Mançester Yunayted” “Sauthempton”u qəbul edəcək - AFİŞA
“Vest Hem” “Uotford”a, “Everton” “Nyukasl”a qarşı - Premyer Liqa
"Vulverhempton" evdə məğlub oldu - Premyer Liqa
Premyer Liqanın təqvimi açıqlandı - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azər Bağırov "Kəpəz"də qaldı, köməkçiləri dəyişir - ÖZƏL
-
Anlaşma baş tutmadı - Azər Bağırov getdi
-
Tarixlərində ilk titulu qazana bilərlər - Çempionlar Liqası
-
Röyal Nəcəfov "Baku Sportinq"dən getdi - Açıqlama
-
Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
-
"Qarabağ"ın forması ÇL-in finalı öncəsi sərgilənir - FOTO















Misli Premyer Liqası