reklam
Y arımfinalda VAR sistemi -
Sportfm.az xəbər saytı

Y arımfinalda VAR sistemi -Konfrans Liqası


Konfrans Liqasının yarımfinal mərhələsinin matçlarında VAR texnologiyası tətbiq ediləcək.

Sportfm.az xəbər verir ki, bu barədə “Footbal Italia” məlumat yayıb. Hələ ki, texniki problemlər və kiçik klubların iştirak etdiyi yarışlarda VAR-ın ardıcıl şəkildə tətbiqinin çətinliyi səbəbindən turnirdə video köməkçi hakimdən istifadə edilməyib.

Əvvəlcə VAR-ın yalnız 25 may 2022-ci il tarixində Tirandakı (Albaniya) "Arena Kombëtare" stadionunda keçiriləcək Konfrans Liqasının final oyununda işləyəcəyi planlaşdırılırdı. Lakin UEFA VAR texnologiyasını artıq yarımfinalda tətbiq etməyə hazırdır.

Xatırladaq ki, Konfrans Liqasının yarımfinalında “Lester Siti” “Roma” ilə, “Feyenoord” isə “Marsel”lə qarşılaşacaq. Turnirin yarımfinal mərhələsinin ilk oyunları aprelin 27 və 28-də, cavab oyunları isə 4 və 5 mayda keçiriləcək.

Oxşar xəbərlər

UEFA-dan VAR-la bağlı yeni qərar - Açıqlama
“Qarabağ”ın “Gent”lə oyununda VAR-dan istifadə olunacaq - Konfrans Liqası
Mövsümün rəmzi komandası və ən yaxşı oyunçusu - Konfrans Liqası
"Marsel" "Feyenoord"la, "Roma" "Letser"lə qarşı-qarşıya - Konfrans Liqası
Konfrans Liqasında VAR-ın tətbiq olunacaq - Rəsmiləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər