reklam
UEFA klublar üçün 240 milyon ayırdı -
Sportfm.az xəbər saytı

UEFA klublar üçün 240 milyon ayırdı -Avro-2024


UEFA klublara futbolçularının Avro-2024 və digər yarışlarda iştirakı üçün  240 milyon avro ayıracaq.

Sportfm.az xəbər verir ki, bu barədə qurumun saytı məlumat yayıb. Bildirilib ki, UEFA bu məbləği oyunçuların Avropa çempionatının seçmə və final mərhələsində, həmçinin Millətlər Liqasının növbəti iki ildə çıxışı üçün klublar arasında bölüşdürəcək.

2020/21 və 2022/23 Millətlər Liqası, həmçinin Avro-2024-ün seçmə mərhələsində futbolçuların iştirakı üçün klublara 100 milyon avro ödəniləcək. Bu, son dörd illik dövrədə olduğundan 30 milyon avro çoxdur.

Futbolçuların Avro-2024-ün final turnirində iştirakının məbləği isə 130 milyon avrodan 140 milyon avroya qaldırılacaq.

Qeyd edək ki, Avro-2020-dən sonra UEFA 55 üzv assosiasiyanın 697 klubuna 200 milyon avro ödəyib.

Oxşar xəbərlər

Çempionlar Liqasından ən çox qazanan klublar bilindi
"Qarabağ"ın UEFA-dan alacağı mükafat bəlli oldu
10 ildə transferə ən çox pul xərcləyən klublar - SİYAHI
Yığmamız nə qədər gəlir əldə edəcək? - UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırıldı
"Barselona" Arda Turana fantastik qiymət qoydu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər