Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Kəpəz" "Neftçi" ilə matça hazırdı
Topaz Premyer Liqasının XIX turunda "Neftçi”nin qonağı olacaq "Kəpəz” ötən gün keçirdiyi son məşqlə qarşıdakı matçın hazırlığını başa vurub.
Sportfm.az xəbər verir ki, komandanın oyun öncəsi son məşqinin görüşə ev sahibliyi edəcək "Bakcell Arena”da keçirilməsi nəzərdə tutulsa da, məlum hava şəraiti buna mane olub.
Arenanın oyuna hazır vəziyyətə gətirilməsi üçün günboyu meydança qardan təmizləndiyindən "Kəpəz” "Neftçi”nin İsmət Qayıbov adına təlim-məşq bazasının qapalı manejində məşq keçib.
Qeyd edək ki, "Kəpəz”in heyətində itki yoxdur. Gəncə klubunun əvvəlki iki turu buraxan futbolçusu Renan Da Silvanın cəza dövrü başa çatdığından müdafiəçi sabahkı oyunda komandaya kömək edə biləcək.
Oxşar xəbərlər
"Neftçi" yenə uduzdu!
Şahin Diniyev: "Kəpəz" çətin qarşılaşmaya hazırdır"
"Kəpəz" "ciddi itkilərlə çıxacaq
"Kəpəz" - "Zirə" və "Neftçi" - "Qəbələ" oyunlarının məkanı dəyişdirildi
"Kəpəz"də iki itki
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası