reklam
Sportfm.az xəbər saytı

"Bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm" -Hacı Əliyev


Sərbəst güləş üzrə 3 dəfə dünya və Avropa çempionu olmuş Hacı Əliyev özünün İnstaqram hesabında paylaşım edib.

Sportfm.az xəbər verir ki, 31 yaşlı idmançı uğur qazanmaq üçün illərini həsr etdiyini bildirib:

 

"Azərbaycanın güləş tarixində yeganə 3 qat dünya çempionu olmağım təsadüf deyil, bunun üçün illərimi, gəncliyimi, ömrümü vermişəm. Bu tarixi yeniləmək üçün uzun illər lazımdır. Paris-2024 Yay Olimpiya Oyunlarınadək bu tarixi özüm də dəyişə bilərəm".

 

Qeyd edək ki, Hacı Əliyev bir neçə gün önc Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatının finalında məğlub olaraq gümüş medal əldə edib.

Oxşar xəbərlər

"Olimpiya qızılını qazanmalı və karyeramı başa vurmalıyam" - Hacı Əliyev
Sərbəst güləşçilərimiz Bakıya qayıtdı - UĞUR
"Hədəfim Paris olimpiadasıdır" - Hacı Əliyev
Hacı Əliyev karyerası ilə bağlı qərar verdi - "Paris 2024"
Hacı karyerasını bitirir - "Qızıl medal qazansam, bəlkə idmanı ataram"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər