Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Səmədov ruslara da lazım deyil -Qovuldu
Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədov Moskva "Lokomotiv"indən qovulub.
Sportfm.az xəbər verir ki, bu barədə əslən azərbaycanlı veteran yarımmüdafiəçi "Championat" nəşrinə açıqlama verib.
O, gənclər komandasının baş seleksiyaçısı vəzifəsindən azad edildiyini bildirib. Səmədov əməkdaşlığa qarşılıqlı razılıq əsasında xitam verildiyini söyləyib.
38 yaşlı mütəxəssis bu posta 2021-ci ilin yanvarında təyinat almışdı.
Qeyd edək ki, Aleksandr Səmədov futbolçu karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında, həmçinin "Krılya Sovetov” komandasında çıxış edib.
Oxşar xəbərlər
Aleksandr Səmədov "Lokomotiv"ə döndü
Səmədov karyerasını bərpa etdi - İlk rəsmi oyununa çıxdı
Azərbaycanlı futbolçu idman direktoru olacaq
Ramil Şeydayev onsuz qaldı
Aleksandr Səmədov peşəkar karyerasını bitirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası