reklam
Azərbaycanlı futbolçu idman direktoru olacaq
Sportfm.az xəbər saytı

Azərbaycanlı futbolçu idman direktoru olacaq


"Hazırda əsas planlarım ailəmlə bağlıdır".

Sportfm.az xəbər verir ki, bu fikirləri Moskva "Dinamo"sunun sabiq futbolçusu Aleksandr Səmədov klubun "Youtube" kanalına açıqlamasında deyib.

Veteran yarımmüdafiəçi bildirib ki, futbolla bağlı müəyyən ideyaları var. Azərbaycan əsilli oyunçu klubda işləmək istədiyini söyləyib: "Karantini gözləyirəm.

Yəqin ki, üfiqdə nə isə görünəcək. Klubda idman direktoru vəzifəsi ola bilər. Bu iş həm xoşuma gəlir, həm də mənim üçün maraqlıdır. Ani qərar vermək istəmirəm. Çünki heç yerə tələsmirəm".

Ötən il futbolçu karyerasını başa vuran Aleksandr Səmədov son olaraq Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinib. O, 2002-ci ildən başlayan peşəkar karyerası ərzində Moskvanın “Spartak”, “Dinamo” və “Lokomotiv” klublarında çıxış edib.

Oxşar xəbərlər

Səmədov ruslara da lazım deyil - Qovuldu
Səmədov karyerasını bərpa etdi - İlk rəsmi oyununa çıxdı
Millidə çıxış etmiş azərbaycanlı futbolçu karyerasını bitirdi - FOTO
Aleksandr Səmədov peşəkar karyerasını bitirəcək
"Ora futbolçu kimi qayıtmaq istəmirəm" - Səmədov

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər