reklam
Sportfm.az xəbər saytı

"Sivasspor" növbəti məğlubiyyətlə üzləşdi -2:1


UEFA Avropa Liqasının qrup mərhələsində II tura start verilib. 

Sportfm.az xəbər verir ki, ilk olaraq, 6 qrupda 12 görüş keçirilib.

"Qarabağ"ın yer aldığı I qrupunda "Sivasspor" Türkiyədə İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə qarşılaşıb. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 55-ci dəqiqədə meydan sahiblərindən Olarenvaju Kayode açıb. Lakin 65-ci dəqiqədə Samba Kamara penaltiyə səbəb olub və komandasını azlıqda qoyub. Dan Biton isə penaltini dəqiq yerinə yetirərək, hesabı bərabərləşdirib. Son nöqtəni isə 75-ci dəqiqədə Dor Perets qoyub.

Qrupun digər oyununda "Qarabağ" İspaniya "Vilyarreal"ına 1:3 hesabı ilə uduzub.

Bu nəticələrdən sonra "Vilyarreal" və "Makkabi" hərəyə 6 xalla liderliyini davam etdirib. Xalsız "Sivasspor" və "Qarabağ" isə 3-4-cü yerləri bölüşür.

Oxşar xəbərlər

"Qarabağ" ilk xalını qazandı - Avropa Liqası
"Qarabağ" qrupda qaldı - Çempionlar Liqası
"Makkabi" və "Qarabağ"ı məğlub edib, üstünlük qazanacağıq" - Rıza Çalımbay
"Qarabağ" "Makkabi"yə məğlub oldu - YENİLƏNİB
"Qarabağ"ın oyunlarının təqvimi - Avropa Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər