Şəhriyar Məmmədyarov mübarizəni dayandırdı -FIDE Qran-prisi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlində təşkil olunan FİDE qran-prisinın 3-cü mərhələsində mübarizəni dayandırıb.
Sportfm.az xəbər verir ki, 37 yaşlı qrossmeyster bu mərhələdə ABŞ təmsilçisi Hikaru Nakamura ilə üz-üzə gəlib. Şahmatçılar əvvəlki iki görüşdə heç-heçəyə razılaşdığı üçün, bu gün tay-brekdə qarşılaşıblar.
İlk tay-brek görüşündə qara fiqurlarla oynayan Məmmədyarov 41-ci gedişdə məğlub olub. Azərbaycan təmsilçisi ikinci qarşılaşmada qələbə qazana bilməsə, turnirdə mübarizəni dayandıracaqdı. Şəhriyar ikinci tay-brek görüşündə ağ fiqurlarla oynayıb. 34-cü gedişdə təslim olan Məmmədyarov turnirlə vidalaşıb.
Digər tay-breyk görüşündə isə Uesli So (ABŞ) Məhəmməd Amin Tabatabaiyə (İran) qalib gəlib.
Qran-prinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Oxşar xəbərlər
Məmmədyarov 3-ü dəfə Nakamura ilə üz-üzə - FIDE Qran-prisi
"Şah" mat edə bilmədi
Şəhriyar Məmmədyarov mübarizəyə başlayır - FIDE Qran-prisi
Şəhriyar Məmmədyarov yaxşı başlamadı
Məmmədyarov mübarizəni dayandırdı - "Airthings Masters"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA U-15 Dünya Çempionatını canlı izləyin
-
“Kəpəz”in fan-shopu fəaliyyətə başladı
-
Rövşən Nəcəf və Canni İnfantino qarşılaşmaları izlədi - FİFA U-15 Dünya Çempionatı
-
“Turan”ın Çempionlar Liqasındakı oyunu canlı yayımlanacaq
-
“Şimal” – “Araz-Naxçıvan” matçına hakim təyinatları- Azərbaycan Kuboku
-
Boksçularımız dünya çempionatını 2 medalla başa vurdu















Misli Premyer Liqası