reklam
Burak Yılmaz Türkiyəyə qayıdır -
Sportfm.az xəbər saytı

Burak Yılmaz Türkiyəyə qayıdır -İddia


“Lill” klubunun hücumçusu Burak Yılmaz gələn mövsümdən yenidən vətəni Türkiyədə çıxış edəcək.

Sportfm.az xəbər verir ki, bu iddia ilə yerli mətbuat çıxış edib.

Bildirilib ki, “Lill”də möhtəşəm mövsüm keçirən 35 yaşlı forvard yayda Fransanı birdəfəlik tərk edəcək. Buna səbəb kimi, Burakın “Fənərbaxça” ilə anlaşması göstərilib. Komandası ilə Fransa çempionluğuna yaxın olan Türkiyə millisinin üzvünün daha yüksək məvacib təklifi edən sabiq klubu “Fənərbaxça” ilə ortaq məxrəcə gəldiyi vurğulanıb.

Qeyd edək ki, bu mövsüm Liqa1-də 12 qola imza atan Burak Yılmazın “Lill” ilə müqavilə müddəti gələn ilin yayına qədərdir. 

Oxşar xəbərlər

Burak Türkiyəyə qayıdır - “Beşiktaş”da oynayacaq
Burak "Sevilya"ya qarşı oynamayacaq - Çempionlar Liqası
"Lill"in ən yaxşı oyunçusu - Burak Yılmaz
"Lill" azarkeşlərinin Burak sevgisi - VİDEO
Burak Yılmaz “Beşiktaş”ı Fransa klubuna dəyişdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər