Məmmədyarov Kaymerlə qarşılaşacaq -FIDE Qran-prisi
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FİDE qran-prisinin 3-cü mərhələsində bu gün növbəti görüşünü keçirəcək.
Sportfm.az xəbər verir ki, 37 yaşlı şahmatçı 4-cü turda ağ fiqurlarla almaniyalı Vinsent Kaymerlə üz-üzə gələcək.
B qrupunun digər görüşündə rusiyalı Daniil Dubov ABŞ-dan olan Lenyer Domingeslə qarşılaşacaq.
Məmmədyarov ilk turda Kaymerlə, daha sonra isə Dubov və Domingeslə heç-heçə edib. Hazırda Dominges və Kaymer hərəyə 2 xalla qrupun liderləridir. Məmmədyarovun 1,5 xalı, Dubovun 0,5 xalı var.
Əsasnaməyə görə, hər qrupda dairəvi sistemlə ikidövrəlik mübarizə gedəcək. Nəticədə yalnız qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.
FİDE qran-prisinin 3-cü mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov qələbə qazandı - FIDE Qran-prisi
"Şah" liderlə üz-üzə
Şəhriyar Məmmədyarov ABŞ şahmatçısı ilə qarşılaşacaq - FIDE Qran-prisi
Şəhriyar Məmmədyarov mübarizəyə başlayır - FIDE Qran-prisi
Məmmədyarovun rəqibləri bəlli oldu - FIDE Qran-prisi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı














Misli Premyer Liqası