reklam
Dünya çempionatının 2022-ci il mövsümünə start verildi -
Sportfm.az xəbər saytı

Dünya çempionatının 2022-ci il mövsümünə start verildi -Formula 1


Formula 1 üzrə dünya çempionatının 2022-ci il mövsümünə Bəhreyn Qran-Prisi ilə start verilib.

Sportfm.az xəbər verir ki, Sahir avtodromunda təşkil olunan mövsümün ilk yarışında "Ferrari"nin pilotu Şarl Lekler qalib olub. Onun komanda yoldaşı Karlos Sayns ikinci, "Mercedes"in sürücüsü Luis Hamilton isə üçüncü yeri tutublar.

Ş.Lekler karyerasında üçüncü qələbəsini qazanıb. "Ferrari" komandası tarixində 85-ci dəfə qələbə dubluna imza atıb.

Növbəti yarış 1 həftə sonra Səudiyyə Ərəbistanında təşkil olunacaq. Mövsümün səkkizinci yarışı iyunun 10-12-də Bakıda təşkil olunacaq.

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi bilindi - Formula 1
Hamiltonun 100-cü qələbəsi - UĞUR
Hamilton yenə qalib oldu - Böyük Britaniya Qran-Prisi
Bəhreyn Qran-prisinin qalibi müəyyənləşdi
5303 metrlik trasda 58 dövrə vurdular

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər