De Byazi Xocalı qurbanlarını yad etdi -FOTO
Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi və köməkçiləri AFFA-nın əməkdaşları ilə birlikdə Xocalı soyqırımını yad ediblər.
Sportfm.az xəbər verir ki, onlar soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakının Xətai rayonu ərazisində faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.
Qeyd edək ki, Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verib. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. 8 ailə bütünlüklə məhv edilib.
Oxşar xəbərlər
Xocalı soyqırımından 30 il ötür
Xocalı soyqırımından 29 il ötür
AFFA əməkdaşları Xocalı qurbanlarının xatirə abidəsini ziyarət etdi - FOTO
Xocalı soyqırımından 26 il ötür
Xocalı soyqrımından 25 il keçir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası