reklam
Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı və Belarusu təcrid edir -
Sportfm.az xəbər saytı

Beynəlxalq Olimpiya Komitəsi Rusiyanı və Belarusu təcrid edir -Çağırış


Beynəlxalq Olimpiya Komitəsi (IOC) bütün idman federasiyalarını Rusiya və Belarusda keçiriləcək bütün yarışları təxirə salmağa və ya ləğv etməyə çağırıb.

Sportfm.az xəbər verir ki, buna səbəb kimi Ukraynadakı hadisələr göstərilib.

Bildirilib ki, federasiyalar atəşkəs rejiminin pozulmasını nəzərə almalı və idmançıların təhlükəsizliyinə mütləq önəm verməlidirlər. IOC-un özü də bu iki ölkədə hər hansı yarış təşkil etməyi planlaşdırmır.

Həmçinin bütün federasiyalara rəsmi yarışlarda Rusiya və Belarusun dövlət rəmzlərindən istifadə etməmək təklif olunub.

Beynəlxalq Olimpiya Komitəsi Ukraynaya hərbi təcavüz nəticəsində zərər çəkmiş vətəndaşlara dəstəyini ifadə edib.

Qeyd edək ki, daha əvvəl UEFA Çempionlar Liqasının Sankt-Peterbuqrdan alınaraq Fransanın paytaxtı Parisə verilməsi ilə bağlı qərar çıxarıb.

Oxşar xəbərlər

Rusiya bayrağı və himni Olimpiadada qadağan edilsin - TƏKLİF
Rusiya idmançılarının beynəlxalq yarışlarda iştirakı üçün şərtlər məlum oldu
Ruslar "Katyuşa"dan istifadə edə bilməyəcək - Qərar
Milli Olimpiya Komitəsinə yardım ayrılacaq
Olimpiadaya SSRİ-nin rəmzləri ilə yollana bilərlər!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər