reklam
Azərbaycan futbolunda yeni rekord -
Sportfm.az xəbər saytı

Azərbaycan futbolunda yeni rekord -Konfrans Liqası


"Qarabağ"ın futbolçusu Maksim Medvedev Azərbaycan futbolunda yeni rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, 33 yaşlı müdafiəçi buna Konfrans Liqasının pley-off mərhələsində "Marsel"lə hazırda davam edən cavab oyununda meydana çıxmaqla nail olub.  Beləliklə, o, avrokuboklarda 114-cü oyununa çıxıb. Bununla da Maksim "Qarabağ"ın sabiq kapitanı Rəşad Sadıqovun rekordunu (113 qarşılaşma) yeniləyərək avrokuboklarda ən çox oyun keçirən azərbaycanlı futbolçu adını qazanıb. 

2009-cu ildə Avropada debüt edən və yalnız “Qarabağ”ın formasını geyinən Maksim Çempionlar Liqasında 35, Avropa Liqasında 66, Konfrans Liqasında 13 matçda forma geyinib. Onun aktivində 3 qol var.

 

Oxşar xəbərlər

Maksim Medvedev Azərbaycan rekordçusu oldu
"Qarabağ"ın yeni kapitanı bəlli oldu
Avropa Liqasında ən çox oyun keçirən futbolçular bilindi - "Qarabağ"ın kapitanı 66 matçda oynayıb
Maksim Medvedev zirvəyə qalxdı
Maksim Medvedev Aslan Kərimovu keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər