reklam
Onun da rekordu qırılarmış...
Sportfm.az xəbər saytı

Onun da rekordu qırılarmış...


İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Brunu Fernandeş UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Sportfm.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi buna İspaniyada "Atletiko" (Madrid) komandası ilə 1:1 hesablı heç-heçə etdikləri 1/8 final mərhələsinin ilk oyununda nail olub.

80-ci dəqiqədə məhsuldar ötürmə ilə yadda qalan portuqaliyalı oyunçu "qırmızı-şeytanlar"da turnir tarixində ardıcıl 6 matçda bunu bacaran ilk futbolçusu kimi tarixə düşüb. Fernandeş klubun sabiq yarımmüdafiəçisi Devid Bekhemin 1998-ci ildəki rekordunu qırıb.

Qeyd edək ki, Brunu Fernandeş cari mövsüm "Mançester Yunayted"in heyətində 34 oyuna çıxıb, 9 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Kərim Benzema yeni uğura imza atdı - Çempionlar Liqasında
“Mançester Yunayted”in futbolçusu qəza keçirdi – FOTO
Ən yaxşını azarkeşlər seçir - Avropa Liqası
Həftənin rəmzi komandası - Avropa Liqası
Portuqaliyalı Premyer Liqanın ən yaxşısı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər