reklam
Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi -
Sportfm.az xəbər saytı

Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi -Avropa çempionatı


Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə millimizin son 2 üzvü mübarizəyə qoşulub.

Nihat Məmmədli (60 kq) 1/4 finalda macar Kriştian Keçkemetiylə qarşılaşıb. Titullu güləşçimiz rəqibini 5:1 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Məmmədli finala vəsiqə uğrunda erməni Tiqran Minasyanla qarşılaşıb. Rəqibinə 9:0 hesabı ilə qalib gələn Nihat finala yüksəlib.

Finalda onun rəqibi Vitali Yeryomenko (Moldova) - İrakli Dzimistraişvili (Gürcüstan) görüşünün qalibi olacaq.

Adəm Hacızadə (72 kq) debütdə macar Atilla Toeşmaqiylə üz-üzə gəlib. Görüş gərgin mübarizə şəraitində keçib. Rəqib güləşçi ilk hissəni 7:0 hesabıyla öndə tamamlayıb. Həmyerlimiz ikinci hissədə bu xallardan 5-nin əvəzini çıxsa da, daha 2 xal qazanmağa vaxt çatmayıb - 5:7.

Qeyd edək ki, 87 kq-da yer alan Laçın Vəliyev təsəlliverici görüşdə türkiyəli Muhutdin Sarıçiçəyə qalib gələrək, bürünc medal görüşünə vəsiqə qazanıb. O, 3-cü yer uğrunda qarşılaşmada ermənistanlı Gevorq Tadevosyanı sınağa çəkəcək.

 

Oxşar xəbərlər

Qurban Qurbanov finalda - Avropa çempionatı
Azərbaycan güləşçiləri erməniyə rəqib oldu - Avropa çempionatı
Güləşçilərimiz Avropa çempionatının yarımfinalında
Gənc güləşçimizdən böyük uğur - Dünya çempionu oldu
Güləşçilərimiz Avropa çempionatına 3 medalla başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər