Azərbaycan güləşçisi erməni rəqibinə qalib gəldi -VİDEO
Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, beşinci yarış günündə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.
Püşk Zaur Əliyevi startda böyüklər arasında son dünya çempionu Nuqzari Tsurtsumia ilə üz-üzə qoyub. Ancaq gənc güləşçimiz güclü rəqibi üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib. Növbəti görüş də gərgin mübarizə şəraitində keçib. Həmyerlimiz Qazaxıstan güləşçisi ilə qarşılaşmanın son dəqiqəsinədək 0:4 hesabıyla geridə olsa da, geridönüş edərək adını yarımfinala yazdırıb. Ancaq Rusiya güləşçisinə uduzduğu üçün noyabrın 2-də bürünc medal görüşünə çıxıb. Erməni güləşçi ilə prinsipial qarşılaşmadan qalib ayrılan Zaur dünya üçüncüsü olub.
Digər idmançımız Tuncay Vəzirzadə təsnifat mərhələsində çətinlik çəkmədən Polşa idmançısına qalib gəlib. Lakin növbəti qarşılaşmada Hindistan güləşçisinə məğlub olub.
Eltun Vəzirzadə isə ilk görüşdə Danimarka təmsilçisini üstələyib. Ancaq 1/8 finalda Türkiyə pəhləvanı ilə bacarmayıb.
55 kq
1/8 final - Zaur Əliyev - Nuqzari Tsurtsumia (GEO) 6:4
1/4 final - Zaur Əliyev - Amanqali Bekbolatov (KAZ) 6:4
1/2 final - Zaur Əliyev - Emin Seferşayev (RUS) 0:7
Bürünc medal görüşü - Zaur Əliyev - Norayr Hakoyan (ARM) 7:2
77 kq
Təsnifat - Tuncay Vəzirzadə - Pyotr Prjemislav (POL) 8:1
1/8 final - Tuncay Vəzirzadə - Sayan Sayan (İND) 1:3
87 kq
Təsnifat - Eltun Vəzirzadə - Turpan Ali Bisultanov (DEN) 4:2
1/8 final - Eltun Vəzirzadə - Ali Cengiz (TUR) 2:7
Oxşar xəbərlər
Zaur Əliyev qızıla layiq görüldü - Avropa çempionatı
Son iki güləşçimiz medal görüşünə çıxacaq - Avropa çempionatı
Güləşçilərimiz yarımfinala vəsiqəni təmin edə bilmədi - Avropa çempionatı
Güləşçilərimiz Avropa çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
3 azərbaycanlı İspaniyada medal üçün döşəyə çıxacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası