reklam
Azarkeş güllələndi -
Sportfm.az xəbər saytı

Azarkeş güllələndi -Final oyunu zamanı


İngiltərənin "Çelsi" və Braziliyanın "Palmeyras" komandaları arasında klublararası dünya çempionatının final oyunu zamanı azarkeş güllələnib.

Sportfm.az xəbər verir ki, hadisə San-Pauluda baş verib. Cənubi Amerika təmsilçisinin fanatları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə keçirilmiş qarşılaşmanı komandalarının ev matçlarını oynadığı "Alyants Park" stadionunun yaxınlığında quraşdırılmış böyük monitordan izləyiblər.

Bu zaman tərəfdarlar arasında kütləvi iğtişaş olub və nəticədə bir nəfər güllələnərək öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Qeyd edək ki, "Palmeyras"ı 2:1 hesabı ilə məğlub edən "Çelsi" klublararası dünya çempionatının qalibi olub.

Oxşar xəbərlər

Klublararası dünya çempionatının qalibi "Çelsi" oldu - VİDEO
İlk finalçı bəlli oldu - Klublararası dünya çempionatı
Klublararası dünya çempionatının püşkü atıldı - SİYAHI
Klublararası dünya çempionatının vaxtı açıqlandı
Daha bir iştirakçısı bilindi - Klublararası dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər