reklam
Klublararası dünya çempionatının vaxtı açıqlandı
Sportfm.az xəbər saytı

Klublararası dünya çempionatının vaxtı açıqlandı


2022-ci ildə keçiriləcək klublararası dünya çempionatının tarixi müəyyənləşib.

Sportfm.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) təşkil olunacaq turnir 3 - 12 fevralda gerçəkləşəcək. Yarışın püşkatma mərasimi bu gün İsveçrənin Sürix şəhərində olacaq. Tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.

Dünya çempionatında 7 iştirakçısı olacaq. Bunlar Səudiyyə Ərəbistanının "Əl-Hilal", Meksikanın "Monterrey", Yeni Zelandiyanın "Oklend Siti", BƏƏ-nin "Əl-Cəzirə", İngiltərənin "Çelsi" və Braziliyanın "Palmeyras" komandalarıdır.

Hazırkı klublararası mundial bu ilin dekabrında Yaponiyada keçirilməli idi. Lakin ölkə rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yarışın təşkilatçılığından imtina edib.

Qeyd edək ki, ötən ildən təxirə salınmış dünya çempionatının qalibi Almaniya "Bavariya"sı olub. Həmin yarış Qətərdə olub.

Oxşar xəbərlər

İlk finalçı bəlli oldu - Klublararası dünya çempionatı
Klublararası dünya çempionatının püşkü atıldı - SİYAHI
Daha bir iştirakçısı bilindi - Klublararası dünya çempionatı
Yeni Zelandiya klubu dünya çempionatında iştirak etməyəcək - Koronavirusa görə
Klublararası DÇ-nin bütün iştirakçıları bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər