reklam
Azərbaycanlı velosipedçi virusa yoluxdu -
Sportfm.az xəbər saytı

Azərbaycanlı velosipedçi virusa yoluxdu -Yarışda iştirak edə bilməyəcək


Şose velosipedi üzrə Azərbaycan millisinin üzvü Elçin Əsədov koronavirusa yoluxduğu üçün beynəlxalq yarışda iştirak edə bilməyəcək.

Sportfm.az xəbər verir ki, Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunda çıxış edən 35 yaşlı idmançının testi pozitiv çıxıb.

Əsədov bu səbəbdən bu gün start götürəcək 2.1 kateqoriyalı "Tour of Antalya"ya qatılmayacaq. İdmançının adı bir neçə gün əvvəldən yarışın iştirakçıları sırasında göstərilirdi.

Xatırladaq ki, Elçin Əsədov artıq iki ildir "Sakarya BB Pro Team"də çıxış edir.

Oxşar xəbərlər

Türkiyə klubunun üzvü Azərbaycanda qalib oldu
Yığmamızın daha bir üzvü Türkiyə klubunda - Müqavilə
Yığmamızın lideri Türkiyə klubu ilə anlaşdı - Müqavilə
Yığmamız Türkiyədə hazırlıq keçəcək - U-23
Millimizin üzvü Türkiyə klubunda - Müqavilə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər