Qolf Federasiyasına yeni prezident seçildi -Təyinat
Azərbaycan Qolf Federasiyasının (AQF) ümumi yığıncağı keçirilib.
Sportfm.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Sonra AQF rəhbərliyinə seçkilər keçirilib. Rauf Xəlilov federasiya prezidenti seçilib. Anar Əzimov federasiyanın vitse-prezidenti, Zakir İbrahimov, Kamran Qasımov, Tural Vəlizadə, Nigar Süleymanova və İlqar Rüstəmov İdarə Heyətinin üzvləri olub.
Yeni federasiya prezidenti ona göstərilən etimada görə yığıncaq iştirakçılarına təşəkkür edib və bu idman növünün inkişafı üçün görüləcək işlər, qarşıdakı planlar barədə fikirlərini bildirib.
Qeyd edək ki, Rauf Xəlilov daha əvvəl Azərbaycan Dağ Xizəyi İdman Federasiyasının prezidenti vəzifəsində çalışıb. O həm də "Sabah" futbol klubunun Müşahidə Şurasının üzvüdür.

Oxşar xəbərlər
Voleybol Federasiyasının yeni prezidenti açıqlandı - RƏSMİ
Çingiz Hüseynzadə istefa verdi
Şahin Mustafayev federasiya prezidenti oldu - Yenidən
Triatlon Federasiyasında yeni prezident - Təyinat
Nazir federasiya prezidenti oldu - Azərbaycanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Sumqayıt”ın kapitanı Pakistan millisində
-
Lixtenşteyn – Azərbaycan matçının hakimləri bilindi - Millətlər Liqası
-
XI turun oyun cədvəli - II Liqa
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları














Misli Premyer Liqası