reklam
Sərbəst güləşçimiz narkotikə görə saxlanıldı -
Sportfm.az xəbər saytı

Sərbəst güləşçimiz narkotikə görə saxlanıldı -Olay


Sabunçu Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının cari ilin yanvar ayının əvvəlindən bu günə qədər həyata keçirdikləri silsilə əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan 40 nəfərdən birinin güləşçi olduğu müəyyənləşib.

Sportfm.az xəbər verir ki, bu, Minsk-2019 II Avropa Oyunlarının qalibi və gənclər arasında dünya çempionu olmuş Mahir Əmiraslanovdur.

25 yaşlı sərbəst güləşçi rayonun Zabrat, Bakıxanov, Balaxanı, Pirşağı, Maştağa və digər qəsəbələrində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda ittiham edilir.

Əmiraslanovun barəsində Sabunçu RPİ-nin İstintaq Şöbəsində araşdırmalar başlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 4 kiloqrama yaxın müxtəlif xassəli narkotik vasitə və psixotrop maddə aşkar edilib. (Report)

Oxşar xəbərlər

Ceyhun Sultanovu qarət edənlərə iş kəsiləcək - Məhkəmə başlayır
"Topaz" kuponu əvəzinə narkotik satıldı - Bakıda hadisə
Mahirin evini soyan oğrular saxlanıldı - Araşdırma davam edir
Bakıda futbol məşqçisi həbs edildi! - Uşaqlara qarşı seksual zorakılıq etdiyinə görə - ŞOK
Kamran Ağayevin bibisi oğlu saxlanıldı - Narkotik satırmış!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər