
"Mənim həyatım elə boksdur" - Azərbaycan çempionu
Kişi boksçular arasında Azərbaycan çempionatı başa çatıb.
Sportfm.az xəbər verir ki, 29 komandadan 100 boksçusunun iştirakı ilə təşkil edilən yarışın 86 kq çəki dərəcəsində Eldar Quliyev qalib gəlib. “Neftçi” İK-nin idmançısı triumfdan sonra saytımızın əməkdaşının suallarını cavablandırıb.
- Boksa gəlişini necə xatırlayırsan?
- Bu idman növünü seçməyimə görə böyük qardaşıma borcluyam. 7 yaşım olanda mənim əlimdən tutub zala gətirən o olub. Özüdə məşq edirdi.
- İlk məşqçin kim olub?
- Naxçıvan Muxtar Respublikasının Kəngərli Şahtaxtı kəndində Valeh Əlixanovun rəhbərliyi altında məşqlərə başlamışam.
- Beş il sonra ilk uğura imza atdın.
- Əslində ondan öncə Culfa rayon birinciliyində 25 kq çəkidə qalib gəlmişdim. Beş il sonra – 12 yaşında isə Naxçıvanda birinci oldum. Həmin vaxt çox sevinmişdim, özümə yer tapa bilmirdim.
- Və sonra Bakıya gəldin.
- Bəli. Artıq Naxçıvanda keçirilən turnirlərdə daim mükafatçılar sırasında yer alırdım, həmin ərəfələrdə məşqçim mənə dedi ki, sənin inkişaf etməyin üçün Bakıda məşq etmək, orda hazırlaşmaq lazımdı. Bundan sonra isə ailəlikcə qərar verdik ki, mən paytaxtda köçüb, orda hazırlıq keçib, çıxış etməliyəm.
- Yəni perspektivin arxasınca getdin?
- Getməliydim, bu idmanı sevirəm. Məşqçilərimdə hiss etmişdiki uğur qazana bilərəm. Bakıda elə ilk yarışdaca yeniyetmələr arasında ölkə üçüncüsü, sonra isə ölkə çempionu titulunu əldə etdim. Gənclərdədə uğurlarım oldu. Beynəlxalq turnirlərdə dəfələrlə ən yaxşı dəri əlcək sahibi oldum. Qızıl medal qazandım. Avropadada bürünc əldə etdim.
- Eldar, şəxsi həyatına vaxtın olur?
- İnanınki yox(gülür). Qətiyyən yoxdu, mənim həyatım elə boksdu. Açığı gəzməyin nə olduğunu bilməmişəm. Bakıya yeni gələndə Ramiz Mirkamalovun yanında məşq edirdim. Hazırda isə sabiq Olimpiya mükafatçısı Vüqar Ələkbərovla çalışıram.
- Ən böyük hədəfin və yaxud hədəflərin nədir?
- Dünya və Olimpiya çempionu olub Azərbaycanın bayrağını dalğalandırmaq. Bundan böyük hədəf ola bilməz. Hazırda çalışdığım Daxili İşlər Nazirliyində mənim yüksək səviyyədə hazırlıq keçməyim üçün hər cür şərait yaradılıb. Buna görə ölkə prezidenti cənab İlham Əliyevə, nazir Vilayət Eyvazova öz dərin təşəkkürümü bildirirəm.

№ | Komanda | o | x |
1 | Qarabağ | 27 | 66 |
2 | Neftçi | 27 | 50 |
3 | Zirə | 27 | 46 |
4 | Qəbələ | 27 | 44 |
5 | Sabah | 27 | 40 |
6 | Şamaxı | 27 | 21 |
7 | Sumqayıt | 27 | 19 |
8 | Səbail | 27 | 15 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Qaradağ Lökbatan | 24 | 55 |
2 | Şamaxı-2 | 24 | 44 |
3 | Qarabağ-2 | 24 | 42 |
4 | Sabah-2 | 24 | 39 |
5 | Neftçi-2 | 24 | 38 |
6 | MOİK | 24 | 36 |
7 | Kəpəz | 24 | 36 |
8 | Zaqatala | 24 | 33 |
9 | Qəbələ-2 | 24 | 33 |
10 | Turan Tovuz | 24 | 33 |
11 | Sumqayıt-2 | 24 | 20 |
12 | Səbail-2 | 24 | 15 |
13 | Zirə-2 | 24 | 12 |