Dünya Kuboku Bakıda keçiriləcək -Güləş üzrə
Bakıda güləş üzrə Dünya Kuboku keçirilə bilər.
Sportfm.az xəbər verir ki, bu barədə report-a yunan-Roma güləşi üzrə Azərbaycan millisinin kapitanı Rafiq Hüseynov məlumat verib.
82 kq çəki dərəcəsində dünya çempionu olan və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatına sahib çıxan idmançı hələlik Dünya Güləş Birliyindən (UWW) təsdiq cavabının gəlmədiyini bildirib: "Şaiyələr var ki, Dünya Kuboku Bakıda olacaq".
Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətinin rəhbəri Sərxan Musalı "Report"a açıqlamasında UWW təqvimində 19-20 noyabrda nəzərdə tutulan Dünya Kubokunun Bakıda gerçəkləşmə ehtimalını təsdiqləyib. Federasiya rəsmisi Azərbaycan paytaxtının namizədlərdən biri olduğunu sözlərinə əlavə edib.
Oxşar xəbərlər
Bakıda keçiriləcək turnirdə görüşləri 55 hakim idarə edəcək
2024-cü ildə Bakıda üç dünya kuboku keçiriləcək
Bakıda keçiriləcək dünya kubokuna satılmış biletlərin sayı
Güləş üzrə Dünya Kuboku Bakıda keçiriləcək - Qərar
Bakıda keçiriləcək dünya kuboku ləğv edildi - Koronavirusa görə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası