reklam
Azərbaycan idmançıları  14 medal qazandı -
Sportfm.az xəbər saytı

Azərbaycan idmançıları 14 medal qazandı -Beynəlxalq turnir


Azərbaycan Kapoeyra Federasiyasının yığma komandası yanvarın 14-16-da Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən beynəlxalq turnirdə 16 idmançı ilə iştirak edib.

Sportfm.az xəbər verir ki, yığma komandamız medal sayına görə (14 medal) ümumi hesabda 2-ci olub.

Uşaq kateqoriyalarında Fəxri Məmmədəlizadə, Cavidan Pənahlı, Şəms Rəhimzadə birinci yeri tutublar. Qabil Vəliyev, Rəsul Muradlı, Maksim Okolokulak, Əli Məmmədli ikinci, Kənan Abdullayev, Cavadxan Məmmədzadə isə üçüncü olublar. 

Böyüklər kateqoriyasında Fərid Allahverdiyev (82 kq) qalib gəlib. Oxçu Şahmuradovla (+82 kq) Xuraman Ramazanova (+60 kq) ikinci, Fərid Səlimovla (-70 kq) Elsevər Heydərov (82 kq) üçüncü yeri tutublar. 

Yarışda Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmbəyov hakim olaraq ölkəmizi təmsil ediblər.

 

Oxşar xəbərlər

Yığmamız 4 medal qazandı
Karateçilərimiz beynəlxalq turnirdə 3 medal qazandı
Millimiz “Zəfər Kuboku”nda çempion oldu - UĞUR
Azərbaycan kapoeyraçıları Estoniyada uğurla çıxış etdi - FOTO
Karateçilər beynəlxalq turnirdə 13 medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər