“Neftçi” “Qarabağ”ı qabaqladı -Onilliyin klubları
Avropada onilliyin ən yaxşı futbol klubları açıqlanıb.
Sportfm.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2011-20-ci illərin ən yaxşılarını müəyyənləşdirib.
Siyahıda Avropanın 755 komandası yer alıb. Azərbaycanın 9 klubu cədvələ daxil edilib.
Ölkəmizin ən yaxşı təmsilçisi adına “Neftçi” layiq görülüb. Azərbaycanın ən titullu klubu Avropada 314-cüdür.
Ölkəmizin üçüncü komandası “Bakı”dır. Ümumiyyətlə, komandalarımızdan yalnız üçü hazırda Premyer Liqada oynayır.
314. “Neftçi” - 392
343. “Qarabağ” – 366,5
386. “Bakı” – 327
460. “Keşlə” – 266,5
463. “Xəzər Lənkəran” - 265
558. “Karvan” - 203
615. “Turan Tovuz” - 163
687. “MKT-Araz” – 131,5
705. AZAL – 124
Cədvələ İspaniya “Barselona”sı başçılıq edir – 2550 xal. İngiltərə təmsilçilərindən “Mançester Yunayted” 2523 xalla ikinci, “Liverpul” 2414 xalla üçüncüdür.
Oxşar xəbərlər
“Qarabağ” ilk “50-lik”də - Avropa reytinqi
“Qarabağ” dünya reytinqində 78-cidir, bəs “Neftçi”?
“Qarabağ”la “Neftçi” yerində saydı - “Qəbələ” irəlilədi
XXI əsrdə ən çox qələbə qazanan Azərbaycan klubu
"Qarabağ" "Trabzonspor"u və "Lester"i qabaqladı - Reytinq cədvəli
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası