reklam
Sportfm.az xəbər saytı

"Neftçi" brazilyalı hücumçu ilə razılaşdı -Müqavilə


“Neftçi” heyətinə yeni hücumçu qatmaq üzrədir.

Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisi  “İnternasional”ın (Braziliya) futbolçusu Gilyerme Pato ilə razılaşıb. Bu barədə Braziliya təmsilçisinin rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, “İnternasional” 22 yaşlı oyunçunun "Neftçi"yə keçə bilməsi üçün bu ilin sonuna qədər olan müqaviləsinə xitam verilməsinə razılaşıb.  Ancaq forvardın transfer hüququnun müəyyən faizi “İnternasional”a məxsus olacaq. Yəni onun növbəti satışından Porto Aleqre təmsilçisi də gəlir əldə edəcək.

Qeyd edək ki, Gilyerme Pato 2021-ci ili icarə əsasında Braziliyanın digər klubu “Kuyaba”da keçirib.

 

Oxşar xəbərlər

“Neftçi”nin futbolçusu Braziliya klubunda - RƏSMİ
"Neftçi" legioneri ilə müqaviləni ləğv etdi
"Neftçi"nin futbolçusu Kipr klubunda
"Neftçi"nin braziliyalı hücumçu üçün ödədiyi məbləğ - 90 min avro
"Neftçi" yeni transferini açıqladı - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər