Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Neftçi"nin müdafiəçisi: "Üç xal qazanmalıyıq"
"Neftçi” Topaz Premyer Liqasının XVII turu çərçivəsində qarşılaşacağı "İnter” klubu ilə oyunun hazırlığını başa vurub.
Sportfm.az xəbər verir ki, "Neftçi" "İnter Arena”da məşq edib. Məşqdən sonra komandanın müdafiəçisi Pavel Dreksa Neftçi TV-yə açıqlama verib: "Bu oyun bizim üçün çox vacibdir. Çünki üç xal qazanmalıyıq. Ümid edirəm ki, buna nail olacağıq. İnanıram ki, yaxşı oyun göstərəcəyik və azarkeşlərimiz bizdən məmnun qalacaqlar. Artıq komandaya uyğunlaşmışam. Bu həm mənim, həm də komanda yoldaşlarım üçün yaxşıdır. Çünki belə olan halda ən yaxşı oyununu sərgiləyə bilirsən. İnanıram ki, "İnter”lə matçda bu öz nəticəsini göstərəcək”.
Oxşar xəbərlər
"Neftçi" hazırlaşır - FOTO
"Neftçi"nin hücumçusu: "Rəqibin sonuncu yerdə qərarlaşdığını düşünməməliyik" - VİDEO
"Neftçi" "İnter Arena"da!
"Qələbədən başqa heç bir nəticə bizi qane edə bilməzdi"
Katalin Tira: "İnanıram ki, qalib gələcəyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası