Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan klubları Rusiya çempionatında...EKSKLÜZİV
Növbəti mövsümdən etibarən kişi və qadın voleybolçulardan ibarət Rusiya Superliqasında digər ölkələrin klubları iştirak edə bilər.
Sportfm.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, əvvəlki illərdə bu ölkənin birinciliyində Ukrayna və Belarus klubları yarışıb. Sonradan Xarkovun "Lokomotiv" klubu, iki ölkə arasında yaranan siyasi və hərbi vəziyyətə görə turnirdən imtina edib. Belarus kollektivləri isə rəqabətə tab gətirməyərək, çempionatda çıxışlarını dayandırıb. Ümumrusiya Voleybol Federasiyasının qəbul etdiyi qərardan sonra, Polşa(kişi və qadın voleybol komandaları) və Azərbaycan(qadın voleybol klubları) klubları yeni Supeliqada iştirak etmək istədiklərini bəyan ediblər. Azərbaycan klublarının Rusiya Superliqasında növbəti mövsümdən etibarən çıxış edəcəyi ehtimal olunur.
Qeyd edək ki, Rusiya voleybol liqaları dünyanın ən güclü voleybol turnirləri hesab edilir.
Oxşar xəbərlər
Voleybol yığmamız Rumıniyaya uduzdu
Azərbaycan çempionatında növbəti oyunların vaxtı bilindi
Millimiz Avropa çempionatında iştirak edəcək
Rusiya voleybol üzrə dünya çempionatına ev sahibliyi edəcək
“Lokomotiv” qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası