"Sezar Meza Kolli ilk hissənin ən yaxşısı idi" -Samir Abasov
"Sezar Meza Kolli ilk hissənin ən yaxşısı idi. Sadəcə, zədələndi, əzələsini dartdı. Ona görə ikinci yarıda oynamadı".
Sportfm.az xəbər verir ki, bunları "Neftçi"nin baş məşqçisi Samir Abasov evdə "Keşlə"yə 3:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının IV tur matçından sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis bildirib ki, yeni transferlər artıq komandaya uyğunlaşırlar: "İnanıram ki, komandaya xeyir verəcəklər. Ramon Maçado digərlərinə baxanda daha hazırlıqlıdır. Bəlkə bir hissəni tam oynamaq da onun üçün tezdir. Amma oynadıqca formaya düşəcək. Komandada bu cür futbolçular olanda əhval-ruhiyyə də düzəlir. Hamı rəqabəti hiss edir. Tiaqo Bezerra da özünü yaxşı tərəfdən göstərdi. Yeni transferlərdən xoş siqnallar aldıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq".
Oxşar xəbərlər
"Neftçi" Sezar Meza Kolli ilə yolları ayırdı
Sezar Meza Kolli qələbə istəyir - Müsahibə
Meza Kolli:"Bu, şərəf olardı"
Sezar Meza Kollinin müqaviləsinin şərtləri məlum oldu
Sezar Meza Kolli Rumıniyaya yollanır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası