reklam
Cüdo Federasiyasında yeni təyinat
Sportfm.az xəbər saytı

Cüdo Federasiyasında yeni təyinat


Azərbaycan Cüdo Federasiyasında (ACF) yeni təyinat olub.

Sportfm.az xəbər verir ki, Rəşad İbrahimov (Tuncay) federasiyanın Marketinq və kommunukasiyalar üzrə meneceri vəzifəsinə gətirilib.

O, əvvəllər ANS, ATV telekanallarında, "Report" İnformasiya Agentliyində və digər media qurumlarında multimedia meneceri vəzifəsində çalışıb.

Daha əvvəl Rəşad Rəsullu ACF-nin baş katibi təyin olunub. Yaxın vaxtlarda federasiyada digər vəzifə bölgülərinin də aparılacağı gözlənilir.

Qeyd edək ki, 2021-ci il noyabrın 1-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ACF-nin yeni prezidenti seçilib. R.Nəbiyev bu postda SOCAR-ın prezidenti Rövnəq Abdullayevi əvəzləyib.

Oxşar xəbərlər

Gimnastika Federasiyasında yeni təyinat
Cüdo Federasiyasının ünvanı dəyişdi
Azərbaycan Şahmat Federasiyasında yeni prezident - Təyinat
Azərbaycan Cüdo Federasiyasında yeni təyinat
Rəşad Nəbiyev Cüdo Federasiyasının prezidenti seçildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər