Ağdamda 15 min tamaşaçı tutumlu stadion tikiləcək -AÇIQLAMA
Ağdam şəhərində tamaşaçı tutumu 15 min nəfər olan yeni stadion tikiləcək.
Sportfm.az xəbər verir ki, yeni stadion əvvəlki yerində - Pənahəli xanın imarət kompleksində deyil, şəhərin digər daha böyük, geniş infrastruktura malik guşəsində inşa ediləcək.
Bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
O bildirib ki, hazırda burada layihələndirmə işləri gedir. “Bu idman məhəlləsində tək futbol stadionu deyil, müxtəlif idman yarışları üçün qapalı-açıq idman zalları planlaşdırılır. İdman təmayüllü orta məktəbin, Azərbaycanın digər yerlərindən bura gələcək uşaqlar üçün idman yay düşərgəsinin layihələndirilməsi nəzərdə tutulur”, – deyə Emin Hüseynov bildirib.
Oxşar xəbərlər
Prezident Füzulidə idman kompleksinin təməlini qoydu - FOTO
Ağdamda İmarət stadionunun yeri dəyişdirildi - AÇIQLAMA
Gəncədə analoqu olmayan stadion - FOTOLAR
Gəncəli futbolsevərləri sevindirəcək xəbər - Stadion təmir ediləcək
Lənkəranda stadion sökülür - yerində ticarət mərkəzi tikiləcək! - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası