reklam
Gəncəli futbolsevərləri sevindirəcək xəbər -
Sportfm.az xəbər saytı

Gəncəli futbolsevərləri sevindirəcək xəbər -Stadion təmir ediləcək


Gəncə şəhər stadionunda yenidənqurma işlərinə start veriləcək.  

Sportfm.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov "Kəpəz"in gələcək aqibəti ilə bağlı danışıb. 

Nazir yarım əsrdən çox yaşı olan idman arenasının əsaslı təmir-tikintiyə dayanacağını bildirib. 

Azad Rəhimov sözlərinə görə, bu istiqamətdə işlər gedir və stadionun yenilənməsinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulub: 

“Cənab prezident tərəfindən sərəncam imzalanıb. Gəncədə yeni olimpiya idman kompleksi tikiləcək. Nəzərdə tutulurdu ki, həmin kompleksin nəzdində stadion da tikilsin. Amma sonra qərar qəbul olundu ki, əgər Gəncədə stadion varsa, ikincisinin tikilməsinə ehtiyac yoxdu. Əvvəlki stadionda tamamilə yenidənqurma işləri aparılacaq”.

Oxşar xəbərlər

Ağdamda 15 min tamaşaçı tutumlu stadion tikiləcək - AÇIQLAMA
Gəncədə İdman Sarayı tikiləcək - Sərəncam
Şamaxıda yeni stadion tikiləcək - AFFA prezidenti
Gəncədə yeni stadiona ehtiyac yoxdur! - Nazir açıqladı
Gəncə şəhər stadionu Dövlət Proqramına salındı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər