reklam
Elmar Qasımov Azərbaycan millisində -
Sportfm.az xəbər saytı

Elmar Qasımov Azərbaycan millisində -Yenidən


Cüdoçu Elmar Qasımov yenidən Azərbaycan millisinə qayıdıb.

Sportfm.az xəbər verir ki, bu barədə 31 yaşlı idmançının özü məlumat verib.

Təcrübəli cüdoçu hazırda yığma ilə birlikdə Göygöl Olimpiya Kompleksində təlim-məşq toplanışında olduğunu söyləyib. O, milliyə dönüşünü Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin dəyişməsi ilə əlaqələndirib: "Xoşagəlməz insanları dəyişdilər, xoşagələn insanlar gəldi. Artıq elə adamlar yoxdur. Məşqçilərimiz yaxşıdır və federasiya hər şeyin yaxşı olacağını bildirib".

Qeyd edək ki, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı 2009-cu ildə Ermənistanın paytaxtı İrəvanda gənclər arasında Avropa çempionu olub. O, 2017-ci ildə dünya çempionatında bürünc, 2012 və 2014-cü il Avropa çempionatlarında müvafiq olaraq bürünc və gümüş medal qazanıb.

Oxşar xəbərlər

Elmar Qasımov karyerasını bitirdi
Elmar Qasımov eyvandan küçəyə dollar səpdi - Cüdoçumuz izahat verəcək
Ağır atletlər cəzalandırıldı - Rusiyada
ŞOK - Olimpiya çempionumuz koronavirusa yoluxdu
Elmar Qasımov: Mən bir nömrəyəm - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər