reklam
Azərbaycanda paracüdo üzrə dünya çempionatı keçiriləcək
Sportfm.az xəbər saytı

Azərbaycanda paracüdo üzrə dünya çempionatı keçiriləcək


2022-ci ildə paracüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Azərbaycan Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən (MPK) verilən məlumata görə, yarış 7 - 9 noyabrda təşkil olunacaq.

Mundial MPK-nın təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. Dünya çempionatında 40-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.

Yarış 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.

Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək.

Oxşar xəbərlər

Ruslar Yay Paralimpiya Oyunlarında iştirak edəcək
İdmançımız Olimpiya oyunlarına vəsiqə qazandı
Azərbaycan Ukrayna millisinin xərclərini qarşılayacaq
Avropa Çempionatı Bakıda keçiriləcək
Dünya çempionatı Bakıda keçiriləcək - TARİX MƏLUMDU

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər