Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dünya çempionatı Bakıda keçiriləcək -TARİX MƏLUMDU
Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) təşkilatçılığı ilə Bakıda bu il görmə məhdudiyyətli şəxslər arasında "2022 IBSA World Powerlifting and Bench Press Championship" yarışı keçiriləcək.
Sportfm.az xəbər verir ki, 1 - 10 oktyabrda təşkil olunacaq dünya çempionatında 25-dən artıq ölkənin iştirakı gözlənilir. Yarış öncəsi beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifatın və eyni zamanda hakimlər üçün seminarların da keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycanda 2022-ci ildə görmə məhdudiyyətli idmançıların iştirakı ilə 2 beynəlxalq yarış keçiriləcək. 7 - 9 noyabrda Bakıda paracüdo idman növü üzrə də dünya çempionatı baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycanda paracüdo üzrə dünya çempionatı keçiriləcək
Dünya paracüdoçuları mayda Bakıda yarışacaqlar Qran-Pri turniri
Qran-prinin vaxtı açıqlandı
Bakıda daha bir Qran-pri ləğv edildi
Paralimpiya Komitəsi memorandum imzaladı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası