reklam
7 idmançımızda narkotik aşkarlandı -
Sportfm.az xəbər saytı

7 idmançımızda narkotik aşkarlandı -AÇIQLAMA


Azərbaycanın Milli Antidopinq Agentliyi (AMADA) idman sahəsində narkotiklərlə mübarizə aparan qurumlardan biridir.

Sportfm.az xəbər verir ki, bu barədə AMADA-nın direktoru Şəfəq Hüseynli "İdmanda narkotik maddələrin istifadəsi ilə mübarizə" mövzusuna həsr olunmuş tədbirdə bildirib.

Onun sözlərinə görə, idmançılar arasında da narkotikdən istifadə hallarına rast gəlinir: "Hesabatımızda bildirilib ki, qurumun 2021-ci ildə aşkar etdiyi antidopinq qayda pozuntularından 11 faizi narkotik və psixiatrik maddələrə aiddir. Azərbaycanda narkotiklərə qarşı ciddi mübarizə aparılır. Bir sıra dövlət qurumları da bu yöndə çalışır. Biz də bu istiqamətdə fəaliyyətimizi genişləndirmişik. Dünyada peşəkar və elit idmançılar arasında da narkotikdən istifadə edənlər var. AMADA 5 il ərzində 7 belə hal aşkarlayıb. Bu isə 11 faiz təşkil edir".

Ş.Hüseynli əlavə edib ki, AMADA antinarkotik təbliğatı ilə bağlı 8 vebinar, 25 seminar, 8 tədbir gerçəkləşdirib.

Oxşar xəbərlər

AMADA “Narkotiksiz sağlam həyat, steroidsiz təmiz idman ” mövzusunda tədbir keçirib
“Qayda pozuntularının 56 faizi steroid və narkotiklərdən olub” - AMADA
Narkomanlıq əleyhinə görüş keçirildi - AMADA
AMADA idmançıları maarifləndirəcək - Narkotiklərlə mübarizədə
DİN və AMADA arasında əməkdaşlıq haqqında memorandum imzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər