reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"da futbol üçün hər cür şərait mövcuddur"VİDEO


"Qarabağ"ın yeni transferi Rüstəm Əhmədzadə klubun rəsmi saytına blits-müsahibə verib.

Sportfm.az xəbər verir ki, 21 yaşlı hücumçu Ağdam təmsilçisinə keçidini irəliyə doğru böyük addım adlandırıb.

Əhmədzadə bildirib ki, komandadakı ilk günündə onu peşəkar yanaşma təəccübləndirib: "Yaxşı münasibət göstərdilər, xoş qarşıladılar. Kollektivdə əla ab-hava var. Hər şey yüksək səviyyədədir və futbol üçün hər cür şərait mövcuddur. "Qarabağ"a keçidim gələcəyə doğru böyük addımdır".

Əslən Ucar rayonundan olan Azərbaycan millisinin ön xətt oyunçusu Ukraynada doğulduğunu xatırladıb. Əhmədzadə dünyaya gəldiyi tarixi - 2000-ci il 25 dekabrı həyatının ən gözəl günü adlandırıb.

"Hər zaman məni adımla çağırıblar - Rüstəm. İndi əsasən, hamı "Rus" deyə çağırır. Qısaca "Rus", vəssalam" deyən futbolçu Azərbaycan mətbəxini bəyəndiyini dilə gətirib.

Oxşar xəbərlər

“Qarabağ” hücumçusu “Zirə”də - İCARƏ
UEFA "Qarabağ"ın oyunçusunu paylaşdı - FOTO
Əhmədzadənin transferi üçün ödənilən məbləğ - 200 000 avro
"Qarabağ" millimizin hücumçusu ilə razılığa gəldi - RƏSMİ
Ukrayna klubunun oyunçusu millimizdə - İlk dəfə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər