reklam
Sportfm.az xəbər saytı

"Qarabağ" millimizin hücumçusu ilə razılığa gəldi -RƏSMİ


Milli komandamızın və Ukraynanın “Minay” klubunun üzvü Rüstəm Əhmədzadə “Qarabağ”da çıxış edəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 21 yaşlı hücumçu yaxın günlərdə müqavilə imzalamaq üçün Bakıya gələcək: "Rüstəm Əhmədzadə yaxın günlərdə Bakıya gələcək. Tibbi müayinədən uğurla keçəcəyi halda onunla müqavilə bağlanacaq və artıq mövsümün ikinci hissəsindən "Qarabağ"ın oyunçusu olacaq. Müqavilənin detalları ilə bağlı məlumat isə rəsmi sözləşmə imzalandıqdan sonra veriləcək".

Qeyd edək ki, Rüstəm Əhmədzadə bu ilin yayında milliləşdirilərək Azərbaycan yığmasına çağırılıb. O, millimizin heyətində 5 matçda iştirak edib.

Oxşar xəbərlər

“Qarabağ” hücumçusu “Zirə”də - İCARƏ
UEFA "Qarabağ"ın oyunçusunu paylaşdı - FOTO
Əhmədzadənin transferi üçün ödənilən məbləğ - 200 000 avro
Ukrayna klubunun oyunçusu millimizdə - İlk dəfə
"Yeni transfer yaxın günlərdə Bakıya gələcək" - “Zirə” rəsmisi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər