reklam
Çempionlar Liqasının püşkatması təkrarlanacaq -
Sportfm.az xəbər saytı

Çempionlar Liqasının püşkatması təkrarlanacaq -UEFA səhvə yol verdi


Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrar keçiriləcək.

Sportfm.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 

Məsələ ondadır ki, bugünkü püşkatmanın təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Buna görə də püşkatmada səhvlər baş verib. “Vilyarreal”ın mümkün rəqibləri sırasına qrupda üz-üzə gəldiyi “Mançester Yunayted”in adı olub. Hansı ki, komandalar eyni qrupda mübarizə apardığı komandaya rəqib ola bilməzlər.

Bundan başqa, “Atletiko”nun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı “Liverpul”un şarı qoyulub.

Bu kobud səhvlərə görə, "Vilyarreal" etiraz edib və UEFA bu narazılığı qəbul edib. Nəticədə püşkatmanın yenidən - bu gün Bakı vaxtı ilə saat 18:00-da keçiriləcəyini açıqlanıb.

 

Oxşar xəbərlər

Yarımfinal oyunlarının təqvimi açıqlandı - Çempionlar Liqası
Çempionlar Liqasının püşkü atılır - YENİLƏNİR
ÇL-də 1/8 finalın püşkatmasının vaxtı məlum oldu
Çempionlar Liqasında püşkatmanın vaxtı məlum oldu
UEFA Çempionlar Liqasının dördəbir final mərhələsinin püşkü atıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər