Final matçı öncəsi məşqçilər nədən danışdı?
Sabah futzal üzrə XXIV ölkə kubokunun final oyunu keçiriləvək.
Sporfm.az xəbər verir ki, h əlledici qarşılaşmada iki debütant – “Marafon Futsal” və “Uğur” FK komandaları qarşılaşacaq. Bəs Bakı İdman sarayında saat 15:00-da başlayacaq oyunöncəsi baş məşqçilər nə düşünür?
Elşad Quliyev (“Marafon Futsal”ın baş məşqçisi): “Debüt ilində çempionatın gümüş medalını qazanmaq əla nəticə oldu. Təbii ki, bu uğurun davamını “Uğur”la oyunda da gətirmək istəyirik. Rəqibimiz güclü komandadı, heyətlərində tanınmış futzalçılar var. Finala qədər irəliləmələri də onların gücündən xəbər verir. Komandam oyuna tam hazırdı. Mövsümü titulla başa vurmaq istəyirik. Buna görə də çalışacağıq ki, kuboku qazanaq. Digər tərəfdən azarkeşləri oyuna dəvət edirəm. Çünki zalda onları görmək bizim üçün xoşdu. Ən böyük arzum qarşılaşmanın bayram əhval-ruhiyyəsində keçməsidi”.
Fuad Rzayev (“Uğur”un baş məşqçisi): “Finala qədər irəliləməyimiz asan olmadı. Çünki bizim səbətdə Yüksək Liqanın 4 təmsilçisi var idi. Rəqibimiz kifayət qədər güclü komandadı. Onlar başa çatan Yüksək Liqanın gümüş medallarını qazanıblar. Heyətləri də geniş və güclü oyunçulardan qurulub. Yerli oyunçular komandalarında aparıcı futzalçılardı. Xüsusilə də Seymur Məmmədov, Renat Sultanov, İlkin Hacıyev kifayət qədər təhlükəli oyunçulardı və hər biri özünü sübut etməyi bacarıb. Final bir oyundan ibarətdi və səhvin sığortası yoxdu. Bir top hər şeyi həll edə bilər. Rəqibin bizə qarşı sərt oynayacağını bilirik. Biz də finala qədər nümayiş etdirdiyimiz oyundan artığını nümayiş etdirməyə çalışacağıq. Sübut edəcəyik ki, bu mərhələyə elə-belə gəlməmişik. “Marafon Futsal” rəqibləri üçün kifayət qədər çətin komandadı. Elə etməliyik ki, bura qədər çəkdiyimiz zəhmət hədər getməsin. Azarkeşləri zala səsləyirəm”.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |