reklam
“Liverpul”un sabiq futbolçusu dünyasını dəyişdi -
Sportfm.az xəbər saytı

“Liverpul”un sabiq futbolçusu dünyasını dəyişdi -71 yaşında


Futbol üzrə İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Rey Kennedi dünyasını dəyişib.

Sportfm.az xəbər verir ki, 71 yaşında vəfat edən mərhum yarımmüdafiəçi uzun müddət idi parkinson xəstəliyindən əziyyət çəkirdi.

Kennedi karyerası ərzində “Arsenal”, “Liverpul”, “Hartpul” və “Suonsi” kimi klubların formasını geyinib. O, “Liverpul”un heyətində 3 dəfə (1977, 1978, 1981) Avropa Çempionlar Kubokunu, həmçinin UEFA kuboku (1976) və superkubokunu (1977) qazanıb.

1976-1980-ci illərdə millinin şərəfini qorumuş Kennedi İngiltərə yığmasında 18 oyuna çıxıb, 3 qol vurub.

Oxşar xəbərlər

Millimizin sabiq futbolçusu dünyasını dəyişdi - 34 yaşında
Serbiya millisinin oyunçusu dünyasını dəyişdi - 53 yaşında
Əfsanəvi qapıçı vəfat etdi - 72 yaşında
İngiltərə klubunun keçmiş futbolçusu dünyasını dəyişdi
"Liverpul"la çempion olan futbolçu vəfat etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər