reklam
Yığmalarımızda yeni baş məşqçilər -
Sportfm.az xəbər saytı

Yığmalarımızda yeni baş məşqçilər -RƏSMİ


Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportfm.az xəbər verir ki, tədbirdə qurumun baş katibi, icraçı direktoru və mətbuat katibinin, o cümlədən üzgüçülük və su polosu üzrə milli komandalarının baş məşqçilərinin seçki yolu ilə təyin olunmaları, həmçinin qarşıda duran cari məsələr müzakirə olunub.

Federasiyanın prezidenti Xanlar Fətiyev baş katib vəzifəsinə Fərid Bənənyarlının namizədliyini irəli sürüb və təklifi İcraiyyə Komitəsinin üzvləri dəstəkləyib.

Komitə üzvləri federasiyanın texniki direktoru Kamran Hüseynovun, mətbuat katibi Məqsəd Rəhimovun, milli komandanın baş məşqçi Rəşad Əbdürrəhmanovun, su polosu üzrə komandanın baş məşqçisi Azər Babayevin namizədliyini də təqsiqləyiblər.

Toplantının ikinci hissəsində komitə üzvləri federasiyanın fəaliyyətinin daha səmərəli artırılması üçün tədbirlər planını müzakirə edib. Qərara alınıb ki, İcraiyyə Komitəsi görülən işlərin müzakirəsi və gələcək perspektivləri müəyyən etmək məqsədilə rübdə bir dəfə geniş tərkibdə görüşlər keçirsin.

Sonda yaxın vaxtlarda keçiriləcək yarışlar, komandaların hazırlıq prosesləri və digər texniki məsələlər müzakirə olunub.

Oxşar xəbərlər

AGF-nin İcraiyyə Komitəsinin iclası keçirildi
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası olacaq
AFFA yeni milli komanda yaratdı - RƏSMİ
AGF İcra Komitəsinin 34-cü iclası keçirildi
Şaiq Həmidov vəzifəsindən azad edildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər