Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
1 oyun, 2 yubiley -Azərbaycan Premyer Liqası
Azərbaycan Premyer Liqasının 12-ci turu iki futbolçunun Azərbaycan çempionatlarında 200-cü oyununu keçirməsi ilə əlamətdar olub.
Sportfm.az xəbər verir ki, hər iki futbolçu “Sabah” – “Keşlə” matçında (2:1) meydana çıxıb. Bəxtiyar Həsənalızadə meydan sahiblərinin, Tərlan Quliyev qonaqların heyətində şans qazanmaqla yubiley görüşünü keçirib.
Debütü daha tez – 2009/10 mövsümündə gerçəkləşən Tərlan bu müddətdə 3 qol vurub. O, “Keşlə”də 101 (2 qol), “Neftçi”də 48, “Kəpəz”də 35 (1 qol), “Sumqayıt”da 10, “Qarabağ”da 6 matça çıxıb.
2011/12 mövsümündə debüt edən Bəxtiyarın aktivində isə 4 top var. O, “Sumqayıt”da 158 (4 qol), “Zirə”də 23, “Sabah”da 19 oyunda iştirak edib.
Oxşar xəbərlər
“Keşlə”nin futbolçusu 200-ə çatdı - Premyer Liqa
Rauf Əliyevdən yubiley qolu - 60-cı
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
Tovuzlu futbolçunun 100-cü oyunu
İmamverdiyevlə İlkin Qırtımov 200-ə çatdılar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası